Müəllif: Gülnar Əhmədli, Banco.az
"Paşa Həyat Sığorta" şirkətinin hesabına bu ilin yanvar-oktyabr aylarında 437 milyon 184 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 94 milyon 101 min manat və ya 27.4% çoxdur.
Hesabat ayları ərzində şirkətin sığorta ödənişləri isə 228 milyon 205 min manat məbləğində olub. Bu da 2022-ci ilin 10 ayı ilə müqayisədə 46 milyon 900 min manat və ya 25.9% artım deməkdir.
Qeyd edək ki, "Paşa Həyat Sığorta" hazırda sektorun ən çox sığorta haqqı toplayan və sığorta ödənişi edən şirkətidir.
Bizi sosial şəbəkələrdən izləyin!!