PAŞA Bankdan KOS-lar üçün dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi | Banco.az

PAŞA Bankdan KOS-lar üçün dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi

Bəzi kiçik və orta sahibkarların bizneslərində mövsümiliyin olması məlumdur. Mövsümdən asılı olaraq satışlar azala bilər və bu zaman əlavə vəsaitə ehtiyac yaranır. Bunun üçün PAŞA Bank Sizə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məhsulunu təqdim edir. Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi biznesə böyük dəstəkdir və yönəlmə sahələri bunlardır: istehsal həcminin artırılması, satış üçün nəzərdə tutulan məhsulların alınması, qeyri-mövsüm vaxtlarında xərclərin qarşılanması, nağd vəsaitə olan ehtiyacların ödənilməsi və sairə. Ən böyük üstünlüklərdən biri də odur ki, kreditin ödəniş qrafiki Sizin mövsümi ödəniş imkanlarınıza uyğun tərtib edilir.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Bankın çeşidli kredit məhsulları ilə pul vəsaitlərinə olan ehtiyaclarınız mövsümdən asılı olmayaraq qarşılanır, bu isə biznesinizin inkişafına daim dəstək olur.

PAŞA Bankın Biznes mərkəzlərinə, (+994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.