Azərbaycanda şirkətlər və şəxslər toplaşaraq “yatmış” pullarını başqa bir şirkətə borca verib gəlir götürə bilərlər. Belə bir maliyyə alətini “PAŞA Bank” təklif edir. “PAŞA Bank”ın təşkilatçılığı ilə bir neçə şirkət pullarını, xüsusilə dollardakı vəsaitlərini kreditə verə bilərlər. Belə kreditə sindikatlaşdırılmış kredit deyilir. Sindikatlaşdırılmış krediti bir şəxs deyil, bir neçə şəxs toplaşaraq təqdim edir.
Azərbaycanın ən böyük özəl bankı olan “PAŞA Bank” 2019-cu ildə sindikatlaşdırılmış kreditin cəlb edilməsinin təşkili üzrə daha yüksək nəticələrə nail olmağı hədəfləyir.
“PAŞA Bank” 2018-ci ildə Azərbaycan ərazisində qızıl, gümüş və mis kimi əlvan metalların hasilatı ilə məşğul olan “Azerbaijan International Mining Company Limited” şirkəti üçün sindikatlaşdırılmış kredit təlb etmilşdir. 13.5 milyon həcmində kredit 2 illik müddətə illik faiz dərəcəsi 7% olmaqla ayrılmışdır.
Bu gün “PAŞA Bank”ın 2018-ci ilin yekun nəticələrinin açıqlanmasına həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov bildirib ki, ilk sindikatın iştirakçıları Azərbaycan bankları və sığorta şirkətləri olmuşdur.
“Biz bu maliyyə aləti üzrə 2019-cu ildə daha çox işlər görmək niyyətindəyik. Çünki görürük ki, böyük potensial var. Hazırda 2 müştəri üçün sindikatlaşdırılmış kreditin cəlbi üçün danışıqlar aparırıq. Cəmi məbləğin 40-50 milyon dollar civarında olacağını gözləyirik”.
marja