“PAŞA Bank” tərəfindən təşkil olunan master-klaslarda 300-dən artıq tələbə iştirak edib | Banco.az

“PAŞA Bank” tərəfindən təşkil olunan master-klaslarda 300-dən artıq tələbə iştirak edib

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 15 illik fəaliyyəti boyunca qazandığı zəngin təcrübəsini paylaşmağa, gənclərə peşəkar inkişaf və uğurlu karyera qurmaq yolunda dəstək göstərməyə davam edir.

Belə ki, cari ildə də Bank tərəfindən ali məktəb tələbələri üçün master-klaslar keçirilib. Beləliklə də, 3 ay ərzində 5 fərqli təhsil ocağının 300-dən çox tələbəsi “PAŞA Bank”ın yüksəkixtisaslı əməkdaşları tərəfindən tədris olunan sessiyalara qatılıb. Sessiyaları maraqlı edən tərəf burada daha çox praktiki məlumatların paylaşılması olub.

Bu master-klaslarda iştirak edən tələbələr biznes strategiyasını doğru şəkildə qurmağın, məhsul idarəedilməsini effektiv şəkildə təşkil etməyin, “Agile” sahəsində uğur qazanmağın sirlərini öyrənə, Data elminin tətbiqi tərəflərinə dair məlumat qazana biliblər. Həmçinin tələblər bu istiqamətlərə dair onları maraqlandıran məqamlara və suallara da cavab tapıblar.

Qeyd edək ki, “PAŞA Bank” tərəfindən müxtəlif təlim sessiyalarının, master-klasların təşkil olunması və təcrübə proqramlarının keçirilməsi artıq ənənəvi hal alıb. Bank, Azərbaycanın dayanıqlı inkişafının əsas hərəkətverici qüvvəsi olan istedadlı gəncləri üzə çıxarmağa, onlara öz potensiallarını doğru şəkildə istifadə etməyə dəstək göstərməyi hədəfləyir. Bununla da, Bank, ölkənin tərəqqisinə və cəmiyyətin rifahının yüksəldilməsinə öz töhfəsini vermiş olur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram