PAŞA Bank müştərilərə yeni növ ipoteka kreditləri təqdim edib | Banco.az

PAŞA Bank müştərilərə yeni növ ipoteka kreditləri təqdim edib

Ölkənin aparıc korporativ bankı “PAŞA Bank” mövcud ipoteka kreditlərinin çeşidini artıraraq, müştərilərə yeni təqdim edilən bankdaxiliı məhsullardan faydalanmağı təklif edir.

Belə ki, sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) tərəfindən təqdim olunan ipoteka kreditləri ilə yanaşı, “PAŞA Bank”ın daxili ipoteka (çıxarışlı və çıxarışsız) kreditlərindən faydalana bilər:

- Güzəştli ipoteka krediti - ARİKZF vəsaiti hesabına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti;

- Güzəştli dövlət ipoteka krediti - ARİKZF vəsaiti hesabına verilən güzəştli ipoteka krediti;

- Dövlət ipoteka krediti - ARİKZF vəsaiti hesabına verilən ipoteka krediti;

- “PAŞA Bank”ın daxili ipoteka krediti (çıxarışlı) - yeni və köhnə tikili binalarda çıxarışlı mənzillər, fərdi yaşayış və bağ evlərinin alınması üçün Bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti;

- “PAŞA Bank”ın daxili ipoteka krediti (çıxarışsız) - yeni və köhnə tikili binalarda çıxarışsız mənzillər, çıxarışsız fərdi yaşayış və bağ evlərinin alınması üçün Bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti.

İpoteka kreditlərinin verilmə şərtləri, faiz dərəcələri, tələb olunan sənədlərin siyahısı ilə yeni yaradılan https://ipoteka.pashabank.az/ veb-saytında tanış olmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Göstərilən veb-sayt vasitəsilə dövlət kreditləri üzrə kredit məhsulunu seçib müraciəti onlayn şəkildə göndərmək mümkündür. Bankdaxili ipoteka məhsulları haqqında əlavə məlumat almaq üçün müvafiq səhifənin sonunda yerləşdirilmiş formanı doldurmaq kifayətdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram