Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona iqtisadiyyatı Paris Olimpiadasından gözlənilməz dərəcədə güclü təkan alıb.
Banco.az xəbər verir ki, "S&P Global"ın satınalma menecerlərinin kompozit indeksi avqust ayında "Bloomberg" nəşrinin analitiklər arasında keçirdiyi sorğunun ən optimist proqnozlarını belə üstələyərək 51,2 punkta yüksəlib.
Proqnozlar 50.1 punkta işarə edirdi.
Avrozonada istehsal PMI avqust ayında 45,6 punkt hesablanıb. Proqnozlar 45.8 punkt istiqamətində idi.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada istehsal isə gözləniləndən çox azalıb. Belə ki, Almaniyada istehsal PMI avqust ayında 43,3 punkt proqnozlarının əksinə olaraq 42,1 punkt qeydə alınıb.
Digər tərəfdən, məlumatlar göstərir ki, Avrozona ilin birinci yarısındakı güclü impulsunu saxlamaqda çətinlik çəkəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!