Parabank 2014-cü il III rüb üzrə maliyyə hesabatlarını açıqlamışdır.
Parabank`ın aktivləri 9 ay ərzində 10.8% artaraq 127.1 mln manat olmuşdur. Aktivlərlə yanaşı müştərilərə verilən kreditlərdə də 7%-lik artım müşahidə olunmuşdur. Belə ki, ötən ilin son rübü ilə müqayisədə kreditlərin həcmi 6.2 mln manat artaraq 94.7 mln manat olmuşdur.
Lakin ötən ilin son rübü ilə müqayisədə depozitlərin həcmi 3% azalaraq 69.2 mln manata bərabər olmuşdur. Bankın məcmu kapitalı 21 858 min manat təşkil edir.
Parabank cari ilin III rübü üzrə 2 mln manat xalis mənfəət qazanmışdır. Ümumilikdə, bankın fəaliyyətini stabil olaraq qiymətləndirmək olar. Belə ki, ötən illə müqayisədə bankın maliyyə göstəricilərində kəskin artım müşahidə edilməmişdir. Belə ki, bankın faiz gəlirləri 17% artaraq 14 mln manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 2% azalaraq 3.4 mln manat təşkil tmişdir. Bankın faiz xərclərində nəzərəçarpacaq dəyişiklik olmasa da, bankın qeyri-fazi xərcləri 7.2 mln manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur.
Parabank`ın kredit protfelində fiziki şəxslərə verilən istehlak və ipoteka kreditləri (34%), tikinti (31%), eləcə də kənd təsərrüfatı (20%) sektoruna ayrılan kreditlər üstünlük təşkil edir.