Parabank işçi qəbulu elan edir | Banco.az

Parabank işçi qəbulu elan edir

Parabank işçi axtarır.

Vəzifəyə olan tələblər

  • Ali hüquqi təhsil;
  • Məsuliyyətli olmalı;
  • Komandada işləmə bacarığı,
  • Ünsiyyət qurabilmə qabiliyyəti;
  • Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilmək;
  • Hüquqşunaslıq- məhkəmə icra işləri üzrə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi;

Əsas vəzifə öhdəlikləri:

  • Qanunvericilik və bankın daxili müvafiq normativ aktlarına uyğun olaraq müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyən müştərilərlə bağlı məhkəməyə müraciət edir və problemin hüquqi cəhətdən həll edilməsi üçün bütün zəruri hüquqi tədbirləri həyata keçirir;
  • Banka qarşı verilmiş məhkəmə iddialarına qarşı etirazlar və qarşılıqlı iddialar hazırlayır və Bankın hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün bütün zəruri hüquqi tədbirləri görür;
  • Məhkəmələrdə, həmçinin digər dövlət və qeyri-dövlət orqanlarında Bankın təmsil edilməsi və onun mənafeyinin müdafiə edilməsini təşkil və həmin prosesə nəzarət edir;
  • Məhkəmələrin bankın əsaslı hüquq və mənafeyini pozan qərarlarından şikayət verir;
  • Məhkəmə işlərinin sistemləşdirilməsini təşkil edir;
  • Problemli kreditlərin məhkəməyə müraciət edilmədən qaytarılması üçün təkliflər verir və filial müdirlərinə hüquqi yardım göstərir;
  • Barışıq sazişi və barışıq razılaşması vasitəsilə borcun qaytarılması üçün bütün zəruri hüquqi tədbirləri görür və filial müdirlərinə hüquqi yardım göstərir;
  • Filial müdirləri ilə birgə  problemli kreditlər üzrə borcların qaytarılmasına dair məhkəmə qərarlarının icrasına nəzarət edir və bu sahədə filial müdirlərinə hüquqi yardım göstərir;
  • İcra məmurları tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaka qanunla müəyyən edilmiş qaydada tələb yönəldilməsini, hərraca çıxarılması və satışından sonra əldə olunmuş vəsait hesabına borcun ödənilməsini nəzarətdə saxlayır;
  • İcra icraatında hər hansı gecikmə və ya borcun ödənilməsinə digər maneələr yarandıqda, həmin maneələrin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsini təşkil edir;
  • İcra məmurunun bankın əsaslı hüquq və mənafeyini pozan qərarlarının ləğv edilməsi üçün bütün hüquqi tədbirləri həyata keçirir;
  • Problemli kreditin sağlamlaşdırılması prosesində digər struktur bölmələrə hüquqi yardım göstərir;

CV-ləri hüquq şöbəsinə müdir mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et