Öz müraciət formaları ilə istədikləri işə qəbul olan namizədlər | Banco.az

Öz müraciət formaları ilə istədikləri işə qəbul olan namizədlər

Hər kəs öz istədiyi işi əldə etmək üçün müxtəlif üsullardan istifadə edir. Əsas etibarilə bu mövzuda hər kəsin ortaq bir yolu mövcuddur. CV göndərməklə şirkətə və ya pozisiyaya müraciət etmək bunlar arasında ən primitividir. Bir şirkət vakansiya verdikdə çoxlu sayda cv nümunəsi ilə qarşılaşır. Amma təbii ki, nəticə etibarilə işi özünü ən yaxşı şəkildə ifadə edən namizəd əldə edir. Amma buna baxmayaraq işə daha kreativ yanaşan namizədlər də az deyil və demək olar ki, onlar belə halda daha uğurlu və istəkli hesab oluna bilərlər. Bu namizədlərdən biri Amerikada yaşayan gənc xanım Ceyn Dileynidir. O, öz yaşadığı yerdə daha uğurlu karyerasını davam etdirmək üçün bir qədər araşdırma aparmış və sonda bir çoxlarından fərqlənəcək işə imza atmışdır. Xanım özünü qızılı boyayla rəngləyərək şirkətin önündə dayanmış və özünü canlı heykəl kimi apararaq diqqətləri üzərinə çəkməyə nail ola bilmişdi. O, bu ideyaya şəhər meydanındakı məhşur qız və öküz heykəlinə baxdıqdan sonra gəlib. O, bu fikrini belə ifadə edib “Qadınların reklamdakı rolunu bilirəm.” Əslində Ceynin bu üsulu çox ağıllıca atılmış addımdır, çünki müraciət etdiyi kampaniya da reklam işləri ilə məşğul olan McCann Worldwide şirkətidir. Nəticə etibarilə o, öz istədiyi şirkətdə işə qəbul almağa nail ola bilib.

Ən sərfəli kredit üçün müraciət et

Digər bir namizəd isə müraciət etdiyi işlərdən heç bir müsbət cavab almadıqda video rolik çəkərək, belə bir devizlə çıxış edib, “Son 500 funtumu iş tapmaq üçün bilborda xərclədim.” Onun bu video müraciətindən sonra Adam adlı bu şəxs 60-a yaxın şirkətdən iş təklifi almış və hal-hazırda marketinq şirkəti KEO Digitalda çalışmaqdadır. Bu bir daha sübut edir ki, sosial vasitələr bu mövzuda əvəzolunmaz rol oynayırlar.

Əslində bu insanların uğurlarından belə nəticəyə gəlmək olar ki, insan istədiyi və çalışdığı halda bütün qapılar onun üzünə açılır. Əsas çalışmaq, əzm və istəkdir.

Nəcibə Yusifova, Banco.az