Oxuculardan gələnlər 006 | Banco.az

Oxuculardan gələnlər 006

Oxuculardan gələn növbəti suallardan biri başqasının adına kart almağın mümkünlüyüdür. Gəlin keçək sualın cavabına.

Sual: Başqasının adına kart almaq olar?

Cavab: Kart sifariş verərkən şəxs özü haqqında bir sıra məlumatları mobil tətbiq və ya sayt vasitəsilə daxil edir və “sifariş et” düyməsini basmaqla kartı sifariş vermiş olur. Bəzi hallarda sifariş verdikdən sonra bank məlumatları dəqiqləşdirmək üçün qeyd etdiyiniz telefon nömrəsi ilə əlaqə saxlayır. Başqasının adına kart sifariş verdikdə isə gərək həmin şəxsin məlumatlarını qeyd edəsiniz. Sonda kart hazır olanda isə bank avtomatik həmin şəxsə ya SMS göndərir, ya da bankın əməkdaşı kart sahibinə zəng edib bununla bağlı məlumat verir.

 

Banka yaxınlaşaraq kart əldə etmək istədikdə isə kartı alacaq şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu baxımdan şəxsin özünün olması mütləqdir. Başqası üçün isə bankların hədiyyə kartlarını əldə edə bilərsiniz.

Kart sifarişi üçün linkə daxil olaraq istədiyniz bankın kartını onlayn sifariş verə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Əgər hədiyyə kimi başqasına kart almaq istədikdə isə bankların hədiyyə kartlarından da istifadə edə bilərsiniz. Hədiyyə kartları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram