Oxuculardan gələnlər 005 | Banco.az

Oxuculardan gələnlər 005

Oxuculardan gələn növbəti sual krediti necə götürməyin mümkünlüyüdür. Gəlin keçək sualın cavabına.

Sual: Krediti necə götürə bilərəm?

Cavab: Kredit götürmək üçün ənənəvi olaraq bankın filialına getməklə almaq olar. Lakin hal-hazırda krediti onlayn şəkildə evdən çıxmadan da sifariş  edə bilərsiniz. Belə ki, bankın veb səhifəsinə və ya mobil tətbiqinə daxil olaraq “kredit sifarişi”ni klikləmək lazımdır. Bu zaman açılan pəncərədə özünüz haqqında (ad, soyad, əlaqə nömrəsi, bəzi hallarda isə əmək haqqı, kredit məbləği və s.) məlumatları qeyd etməlisiniz. Krediti sifariş verdikdən bir neçə gün sonra bank sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirir və ya sizə kreditin verilməsi barədə məlumat verilir (kredit götürə bilərsiniz və ya yox, nə qədər kredit götürə bilərsiniz və s.). Daha sonra yanbanka yaxınlaşaraq borc müqaviləsi hesablamalı və tələb olunan sənədləri banka təqdim etməlisiniz, ya da avtomatik olaraq kart hesabınıza köçürülür. 

Kredit götürmək üçün tələb olunan sənədlərlə bağlı buradan tanış ola bilərsiniz. Krediti onlayn sifariş etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram