Oxuculardan gələnlər 004 | Banco.az

Oxuculardan gələnlər 004

Oxuculardan gələn növbəti sualkredit götürmək üçün hansı sənədlərin lazım olmasıdır. Gəlin keçək sualın cavabına.

Sual: Kredit almaq üçün banka hansı sənədləri təqdim etmək lazımdır?

Cavab: Kredit verərkən banklar bir sıra risklərinin qarşısını almaq üçün bəzi sənədlər tələb edir. Bu tələblər kreditin növündən, məbləğdən, müddətdən, təminatdan və s. asılı olaraq dəyişə bilər. Kredit götürmək üçün tələb olunan əsas sənədlər bunlardır:

  1. Şəxsiyyət vəsiqəsi

  2. İş yerindən arayış 

İş yerindən arayış dedikdə, bankın tələb etdiyi minimum iş stajı müddətində gəlirləriniz barədə məlumat nəzərdə tutulur. Əgər siz pensiya krediti əldə etmək istəyirsinizsə, bu zaman aldığınız təqaüd haqqında arayışı təqdim etməlisiniz. Bununla, siz bir növ həmin krediti ödəmə qabiliyyətinizin olmasını təsdiq etmiş olursunuz. Bundan başqa, kreditin növündən asılı olaraq əlavə sənəd də tələb oluna bilər. Məsələn, əgər kredit götürəndə təminat kimi daşınar və ya daşınmaz əmlakı girov qoymaq tələb olunarsa, bunların sizə məxsus olduğunu göstərən sənədləri də banka təqdim etməlisiniz.

Digər məqam isə  zamin olduğu halda krediti götürərkən yuxarıda qeyd olunan sənədləri onun da təqdim etməsidir. Çünki borcalan krediti hər hansı səbəbdən ödəmədikdə, bütün bu öhdəliklər onun üzərinə keçmiş olur.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə unutmayın ki, gəliriniz və iş stajınız bankların qoyduğu minimum tələbi də ödəməlidir. Bankların kredit götürmək üçün tələb etdiyi iş stajı ilə buradan tanış ola bilərsiniz.

Siz də öz suallarınızı Banco.az-ın aşağıda qeyd olunan sosial şəbəkələrindən göndərə bilərsiniz :)

Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram