Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyevin Kaspi.az saytına müsahibəsi.
- Sahib müəllim, aprelin 11-nə təyin olunan prezident seçkilərində namizəd kimi hələlik 7 nəfər rəsmən qeydiyyata alınıb. Onların arasında müxalifəti təmsil edənlər, həmçinin bitərəf namizədlər də var. Seçki prosesinə start veriləndən indiyə qədər baş verənləri nəzərdən keçirsək, Azərbaycanda seçki mühitini necə dəyərləndirmək olar?
- Oturuşmuş dövlətlərdə necə bir seçki mühiti olmalıdırsa, bizdə də hazırda elə bir seçki mühiti var. Yəni hər kəsə aydındır ki, artıq Azərbaycnda hakimiyyəti dəyişməyin bir yolu var, bu, ölkə qanunları çərçivəsində hərəkət edərək seçkiyə getmək və orada seçicilərin səsini qazanmaq yoludur. Bunu hər kəs anlayır, o sıradan Azərbayacnı gözü götürməyənlər və onların yedəklərində gedənlər də. Baxın ikincilrdən başlayaq. Öz yığınaqlarını Milli Şura kimi təqdim edənlərin Müsavat adlandrılılan partiya ilə birgə keçirdikləri mitinqi yəqin gördünüz. Birincini niyə belə adlandırdığım hər kəsə bəllidir. Müsavat adlanan partiya ifadəsinə gəldikdə isə bir zamanlar bu partiyanın adı çəkiləndə göz önünə ilk gələn "Yeni Müsavat” qəzeti idi. "Yeni Müsavat”ın başında duranlar partiyalı deyil, müstəqil jurnalistika yolunu tutandan sonra öz fəaliyyətini bir qəzetin potensialı üzərində quran o partiyadan nə qalmalı idisə, o da qaldı. İndi isə gələk mitinqə. Əgər bunların icazəli və birgə keçirdikləri mitinqlərinə cəmi min beş yüz təfdarları toplaşırsa, özü də seçki öncəsi, görün indi vəziyyətləri nə yerdədir. Bu mitinq əslində göstərdi ki, onlar seçkiyə düz edib getmirlər. Getsələr topladıqları yəqin o min beş yüz adamın səsi olacaqdı. Belədə də adamın yaxasından tutub deyərdilər ki, sən lidersən axı, bu 25 ildə az-çox elektoratı olan partiyanı niyə gətirib bu hala saldın. Nə vaxta kimi baş aldadacaqsan, çəkil kənara partiya rəhbərliyinə başqaları gəlsin. Bunlar isə çəkilmək istəmirlər, ona görə də, guya seçkini baykot etdiklərini deyirlər. Kimlə baykot edirsiniz, o min beş yüz nəfər tərəfdarlarınızla? Yoxsa ermənilərlə işbiriliyində olan və bunu da heç gizlətməyən xaricdəki tör-töküntülərlə? İndi həmən tör-töküntülər Dağlıq Qarabağdakı separatçı və terrorçu rejimin başçısı Bako Saakyan Birləşmiş Ştatlarda səfərdə olarkən orada Azərbaycan əleyhinə maskalı aksiya keçirməyi planlaşdırılar. Niyə maskalı, yəqin aydındır? Bu aksiyanı təşkil edənlər ABŞ-dakı haylar da onlara qoşulacaqlar, saylarının çox olmasını göstərmək üçün. Amma o tör-töküntülər bu maskalı aksiyayla təkcə özlərinin yox, onları idarə edənlərin də maskalarını yırtdıqlarının, haylarla açıq əməkdaşlıq etdiklərinin üzə çıxdığının yəqin fərqində deyillər. Bəlkə də fərqindədirlər, ancaq ağzımızda tör-tıküntü deyirik, onlarda mənəviyyat h Ən sərfəli kredit üçün müraciət et
ardadır? Bir sözlə, bir daha vurğulayıram ki, ölkəmizdə normal seçki mühiti var, sadəcə, xaricdəki bəlli çevrələr belə tör-töküntülərdənən faydalanmaqla gələcəkdə tənqid və təzyiq üçün fon yaratmağa çalışırlar. İndiyədək alınmadığı kimi, bu dəfə də alınmayacaq!
- Növbəti prezident seçkiləri ölkəmizlə bərabər, region üçün nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycan regionun lider ölkəsi olduğundan təbii ki, burada keçiriləcək seçkiyə diqqət çox böyükdür. Bilirsiniz, ümumiyyətlə, hər bir ölkənin, onun rəhbərliyinin siyasətinin proqnozlaşdırılan olması çox mühüm məsələdir. Mənə elə gəlir ki, təkcə bizə dost olan dövlətlər deyil, regionda xaosun olmasını istəməyən, yad qüvvələrin əlində oyuncaq olanların təkcə öz ölkələri deyil, qonşuları üçün də problemə çevrildiklərini dərk edənlər də Azərbaycanda normal seçki mühitinin olmasında maraqlıdırlar və hakimiyyətin xalqlın öz istəyi və məhz onun səsi ilə seçilməsini istəyirlər. Azərbaycanın son 25 ilə keçdiyi yol göstərdi ki, bu dövlət proqnozlaşdırılan, ləyaqət çərçivəsində hərəkət edən, qonşuları üçün bir növ təhlükəsizlik ixracatçısı rolu oynayan, qlobal miqyaslı layihələri reallaşdıra biləcək qədər cəsarəti və potensialı olan bir dövlətdir. Ermənistanı çıxmaqla, yerdə qalan qonşuların hamısı məncə onlara da əl verən belə bir regional mühitin formalaşmasında mühüm rol oynayan siyasətin indidən sonra da davam etdirilməsini istəyirlər və ölkəmizdə keçiriləcək seçkiyə də məhz bu prizmadan yanaşırlar.
- Sizcə, növbəti prezident seçkiləri tariximizdə hansı rol oynayacaq?
- Bilirsiniz, biz müstəqilliyi bir növ əldə etmişdik, qazanmamışdıq. Əldə edilən müstəqillik qazanılmadıqda tez itirilir, yaxud da haylardakına bənzəyir. Müstəqilliyin qazanılmasının yolu isə ilk növbədə dövlət və ölkə quruculuğundan keçir. Bizdə öncə dövlət, sonra ölkə quruculuğu yolunda mühüm addımlar atıldı. Amma qloballaşma dövrünün mənfi təsirlərindən qorunmaq üçün təkcə güclü dövlət və gəlişmiş iqtisadiyyat kifayət etmir. Qlobal çağırışlara cavab verə biləcək, öz identikliyini qoruyub saxlayacaq daha təkmil, şəffaf, savadlı, ayıq bir cəmiyyət olmalıdır Azərbaycan cəmiyyəti. Mənə elə gəlir ki, digər quruculuq işləri də davam etdirilməklə yanaşı, əslində elə bu proseslərin biri digəri üçün başlanğıc, ya da tamamlayıcı rolu oynayır. Növbəti prezident seçkisindən sonra diqqət ən çox məhz belə bir cəmiyyət quruculuğu üzərində cəmləşdiriləcək. Bu yöndə həm institutisional, həm də digər qəbildən olan islahatlar aparılacaq.