Müəllif: Gülnar Əhmədli, Banco.az
Qazaxıstandan fiziki şəxslər tərəfindən 2023-cü ildə Azərbaycana 30 milyon 583 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2022-ci illə müqayisədə 6,9% (2 milyon 275 min dollar) azdır. Belə ki, 2022-ci ildə göndərilən pul baratlarının həcmi 32 milyon 858 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Qazaxıstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,8% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!