Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda son 1 ildə (yanvar 2023-dekabr 2023) avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3.80) olub.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində qeyd edilib.
Məlumata görə, siyahıda "Bakı Sığorta" (1.65 indeksi ilə) ikinci, "Azərsığorta" isə (1.59 indeks ilə) üçüncü olub.
Qeyd edək ki, şikayət indeksinin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
Avto-icbari sığorta üzrә şikayәt indeksi vәtәndaşların bu növ üzrә sığorta xidmәtlәrini әldә edәrkәn seçim etmәlәrinә dәstәk göstәrilmәsi mәqsәdilә hesablanılır vә yayımlanır. Şikayәt indeksinin hesablanmasında beynәlxalq sәviyyәdә istifadә olunan metodologiyaya әsaslanaraq avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi mәhdudlaşdırılmış "AZSIĞORTA" ASC-nin, "İpәk Yolu Sığorta"ASC-nin, "A-Qroup Sığorta" ASC-nin vә lisenziyası lәğv olunmuş "Günay Sığorta" ASC vә "Naxçıvansığorta" ASC-nin müqavilә sayları vә şikayәt sayları hesablamada nәzәrә alınmayıb.
Lakin, qeyd olunan şirkәtlәrlә bağlanılmış vә qüvvәdә olan avto-icbari sığorta üzrә mövcud müqavilәlәrlә bağlı daxil olan şikayәtlәrin tәnzimlәnmәsi Mәrkәzi Bank tәrәfindәn әvvәlki qaydada davam etdirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!