Ötən ay İngiltərədə pərakəndə satış həcmi artıb | Banco.az

Ötən ay İngiltərədə pərakəndə satış həcmi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay İngiltərədə pərakəndə satışlar proqnozlardan geri qalıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) iyul ayı üzrə pərakəndə satış məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, yay endirimləri və idman tədbirləri ilə əlaqədar univermaqlar və idman malları mağazalarının satışlarının artımı pərakəndə satışlarda artıma gətirib çıxarıb.

Belə ki, ölkədə pərakəndə satışlar ötən ay 0,5 faiz artıb. Halbuki proqnozlar 0,6 faiz artıma işarə edirdi. İyun ayında satışlar 0,9 faiz azalmışdı.

May-iyul dövründə isə pərakəndə satışlar əvvəlki üç aylıq dövrlə müqayisədə 1,1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

ONS-in İqtisadi Statistikalar üzrə Direktoru Liz MakKeoun məlumatları şərh edərkən bildirib ki, xüsusilə idman tədbirlərindən əldə edilən satışların artımı geyim, mebel və yanacaq satışlarındakı azalmanı kompensasiya edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram