Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin iyun ayında orta gündəlik xam neft hasilatının 479 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin may ayında sutkalıq neft hasilatı isə 466 min barel təşkil edib. Apreldə da həmçinin bu göstərici 479 min barelə bərabər olub.
Qeyd edilib ki, birinci rübdə ölkədə gündəlik ortalama neft hasilatı 477 min barel, ikinci rübdə isə 475 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!