Ən çox oxunan Forbes məqalələrinin müəllifi Michael Simons faydalı bir iş görmək uzun iş saatlarından daha üstün olduğunu düşünür. Onun bu barədə fikirlərini Banco.az kollektivi sizlərlə bölüşür.
Bir çox insan fikirləşir ki, ilk elektrik lampası Tomas Edisson tərəfindən ixtira edilib, amma elə deyil. 1878-ci ildə 36 yaşlı alim elektrik lampasını hazırlanmasına qərar verdiyi zaman, başqa 23 dahi küçələri və böyük binaları işıqlandırmaq üçün onun ilk təməllərini hazırlayırdılar.
Bəs Edisson gec davranmasına rəğmən bazarda necə yer tutmağı bacarmışdır? Yəni o bu yarışda necə qalib gəlmişdi?
Edisson bu ideyası üzərində gecə-gündüz işləyirdi, bunun üçün minlərlə eksperiment keçirmişdi. Təqribən bir il sonra yəni 1879-cu ilin oktyabrı Edisson evdə gündəlik istifadə üçün ilk elektrik lapmasını hazırlamağa nail olmuşdu. Onun bu ixtirası beş milyard dollarlıq elektrik sənayesinin liderinə çevirməsinə səbəb olmuşdu. Əgər Edisson müasir dövrlə müqayisə edilsəydi, bu müqayisə şübhəsiz Elon Musk, Ceff Bezos, Mark Zukerberqlə aparılmalı idi.
Edisson niyə uğurlu olmuşdu? Cavab çox sadədir məncə, çünki cəhd etmişdi, o təcrübəni əldə etmişdi. Edisson bu biliyindən bir şirkət açmaq üçün də istifadə edə bilərdi, lakin o lampanı ixtira etməklə bir-neçə şirkətin qurulmasına faydalı olacaqdı.
Bəs onun bu metodu indidə istifadə edilmirmi? Ceff Bezos Amazonu yaratdığı zaman hər gün yeni bir təcrübə əldə etməmişdimi? və ya Mark Zukerberq öz müsahibələrində eksperimentin onun uğur həyatında önəmli yer tutduğunu hər dəfəsində söyləmirmi?
Bəs niyə 10 min saat çalışmaq yerinə 10 min təcrübə yaşamaq daha yaxşıdır?
Malcolm Gladwell'in 10 min saatlıq eksperiment qaydası hazırda çox məşhurdur. Əgər sizdə 10 min saatlıq təcrübə varsa, siz özünüzü müasir dövrün əsl eksperti adlandıra bilərsiniz.
Lakin aparılan araşdırmalar belə bir qaydanın yalnış olduğunu deyir, 2014-cü ildə aparılmış əvvəlki 88 araşdırmadan əldə edilən nəticələr göstərib ki, hər dəfə yeni şeyləri yoxlayan, yeni eksperiment edən insanlar qeyri-professional sahələrdə daha çox uğur əldə edir. Belə ki, bu günə qədər oyun sahəsində yalnız 26%, musiqi sahəsində 21%, idmanda 18% , təhsildə 4%, professional sahələrdə yalnız 1% uğurlu ola bilib.
Bu o deməkdir ki, aparılmış araşdırmada musiqi, idman kimi sahələrdə dəyişiklər tez-tez olmadığından eyni təcrübələr yaşamaq çox sıxlıqla baş verir, profesional sahələrdə isə vəziyyət belə deyil, çox dəyişilik yeni təcrübələrə yol açır.
Tomas Edissondan aldığımız nəticəyə görə daha çox təcrübə, daha çox eksperiment daha çox uğura bərabərdir. Yəni 10 000 saat işləmək həmişə faydalı olmaya bilər, lakin 10 000 saat təcrübə həmişə faydalıdır.
Bəs bu praktikanı təkcə Edissonmu həyata keçirib, şübhəsiz yox. Məsələn, Leonardo Da Vinçi özünə bir siyahı tuturmuş, bu siyahıda isə çoxlu suallar mövcud imiş. Məsələn insanlar niyə əsnəyir? Ağacdələn nə kimi görünür? və.s Da Vinçi biyoqrafiyasının yazarı Walter Isaacson deyir ki, insanlar günə nəsə öyrənmək həvəsi ilə başlamalıdır, mübahisə etmək düşüncəsi ilə yox. Zatən 10 min təcrübə qanununun əsasını lazım olan məsələləri həll etmək deyil,daima yeni şeylər öyrənməyə istiqamətlənməkdir və hər günün sonunda öyrəndiklərini analiz etməkdir.
Dean Keith Simonton həyatını insanların uğur hekayələrini yazaraq keçirməyə həsr etmişdir, bu barədə 340 elmi məqalə və 13 kitab yazmışdır. O apardığı araşdırmalardan iki nəticə çıxara bildi. Birincisi ən yenilikçi ideyaların çox az hissəsi tanınmış insanlardan gəlir, statistika göstərir ki, istənilən sahədəki tanınmış insanların 10%-i ümumi yenilikçi ideyaların 50%-ə bərabərdir.
Bəs bu insanlar niyə digərlərindən uğurludur? Ona görə ki onların ideyaları əvvəlkilərdən daha yaxşıdır? Əlbətdəki yox. Simonton və digər alimlərin araşdırmasından əldə etdiyimiz ikinci nəticə isə budur, uğurlu şəxslər də uğursuz şəxslər kimi adi insanlardır. Lakin tək fərq onlar bir ideya üzərində işləmirlər, daha çox ideya haqqında düşünürlər. Əldə edilmiş bu ideyalar isə onlara uğur qazandırır.
Xəzər Aslanov. Banco.az
Bu da maraqlıdır:
13 məşhur rəhbərdən uğur sirrləri
Davamı olacaq...