Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 28 oktyabr tarixinə vergi borcu olduğuna görə 391 şəxsin ölkədən çıxması qadağan edilib. Bununla da ölkədən çıxması qadağan olunan şəxslərin sayı 6 nəfər artıb.
Ümumilikdə bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Mənbə: Apa.az