"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu ilin 9 ayı ərzində respublikanın ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikib.
Trend-in məlumatına görə, bu barədə ASC-nin 9 ayın yekunlarına dair hesabatında deyilir.
Qeyd olunur ki, hesabat dövründə 5 körpü əsaslı təmir edilərək istifadəyə verilib. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 ədəd piyada keçidi tikilib, Bakı şəhərində isə 1 ədəd piyada keçidi təmir edilib.
Mənbə: Trend.az