Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 621,2 mln. manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,6% azdır.
Qeyd edək ki, ötən 6 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!