Növbəti böhran təhsil kreditlərindən dolayı yarana bilər | Banco.az

Növbəti böhran təhsil kreditlərindən dolayı yarana bilər

Tanınmış hedcinq fond meneceri Bill Ackman tələbələrə kredit verilməsini iqtisadiyyat üçün təhlükəli hesab edir. O, fikirləşir ki, hökumət və banklar kreditləri, onları ödəmək iqtidarında olmayan şəxslərə verilər. Bunun nəticəsidir ki, federal hökumət ödənilməyən tələbə kreditləri nəticəsində 1.2 trilyon dollar zərərə düşüb.

Ackman bu barədə öz baxışlarını Bloombergin əməkdaşları Jody Shenn Matt Scully ilə müzakirə edib. O qeyd edib ki, bu borclar çox keçməz sənayeni uçuruma aparar.

Təhsil kreditləri ilə bağlı Ackmanın bədgüman proqnozları artıq bəzi bankları təşvişə salıb. Onlar tələbələrə kredit verməkdən qaçmağa başlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə heç də, hamı mütəxəssisisn fikirləri ilə razılaşmır. Ackmana qarşı çıxanlar iddia edirlər ki, təhsil haqqını ödəmək üçün tələbələrə kredit verilməsi zəruridir.

Digərləri isə, hesab edir ki, hökumət həmin 1.2 trilyon dolları heç cür güzəştə getməməlidir.

Biz həmçinin bu barədə Wall Street əməkdaşlarının da fikirlərini öyrənmişik. Onlardan birinin fikrinə görə, bu kredit borcları iqtisadi böhrandan daha çox, maliyyə başağrısı gətirə bilər. Digəri hesab edir ki, əgər hökumət tələbə krediti verilməsini dayandırsa, onda özəl kreditorlar fəaliyyətə keçəcək.

Tələbələr üzrə online maliyyə planlaşdırma xidmətinin vitse-prezidenti Mark Kantrowitz vurğulayıb ki, federal hökumət heç də bütün borcluları əfv etməyəcək. Tələbələr arasında yalnız illik gəlirləri 10.000 dollardan az olanlar kredit borclarından azad ediləcəklər.