Norveç 2020-ci ilə qədər nağd ödənişlərdən tamamilə imtina edə bilər | Banco.az

Norveç 2020-ci ilə qədər nağd ödənişlərdən tamamilə imtina edə bilər

Nağd ödənişlərdən tam şəkildə imtina edilməsi soyğunçuluq riskini azaltmağa, maliyyə cinayətləri ilə mübarizəni asanlaşdırmağa, nağd pul vəsaitlərinin emalı üzrə xərcləri azaltmağa imkan verəcək.

Norveç yaxın 6 il ərzində nağdsız hesablaşmalara tam şəkildə keçid etmək niyyətindədir.

Bu fikirlər ölkənin bütün iri banklarını və sığorta şirkətlərini birləşdirən təşkilatın məruzəsində öz əksini tapır.

Məsələ ondadır ki, nağd ödənişlərdən istifadə edən Norveç vətəndaşlarının sayı azalmaqda davam edir. Norveçli ailələrin yalnız 4%-i nağd hesablaşmalara üstünlük verir. İqtisadiyyat üzrə bu göstərici orta hesabla 5% təşkil edir. Eyni zamanda cari ilin birinci yarısında Norveçdə nağdsız əməliyyatların sayı 743,8 milyona çatmışdı ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 8.6% çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Norveçdə plastik kartlar yalnız avtobuslarda və küçə satışlarında qəbul edilmir.

Sevinc İbadova/Banco.az