Müəllif: İlkin Manafov, German Studio
Biznesdə, marketinqdə və əlbəttə ki, həyatda problemlərə yüksəkdən baxa bilmək böyük xoşbəxtçilikdir. Bir dəfə iş günündən sonra, Almaniyanın Bertechesgaden adlanan yerində, Adolf Hitlərin şəxsi iqamətgahı olan Kehlsteinhaus-da oldum. Bir vaxt dünya üçün əsas təhlükə hesab edilən şəxsin, belə yüksək yeri özünə istirahət məkanı seçməsi əslində məni təəcübləndirmədi. Bura hamı “qartal baxışı” adı vermişdi və Fuhrer bunu bilərəkdən ölkəyə “hündürdürdən baxmaq” üçün məhz belə yerlər seçmişdi yəqin ki…
Bu yazıda biz Sizinlə Hitlərin gördüyünüz mükəmməl yay istirahəti yerindən deyil, biznesdə məsələlərə yüksəkdən baxmağın sahibkar üçün necə vacib olduğu barədə söhbət açmaq istəyirik. Beləliklə – niyə biznesdə qartal baxışı vacibdir?
İlk əvvəl qeyd etməliyəm ki, “qartal baxışı” dedikdə biz hansısa məsələyə, probləmə yüksəkdən baxmağı nəzərdə tutururq. Başqa sözlə desək, məhz yüksəkdən baxmaqla biz problemi, imkan olaraq görə bilirik, çünki ətrafda baş verənlərə daha aydın formada müşahidə etmək imkanına sahib oluruq.
Hər bir menecer çalışdığı sektordan, sahib olduğu vəzifədən və ya məsuliyyətdən asılı olmayaraq mütləq yalnız etdiyinə deyil, həmçinin etməsi üçün nələrin baş verdiyinə fikir verməlidir. Hansısa məsələni həll etməyin yolu, “çərçivədən” kənarlaşmaqdan keçir. Kənarlaşmağın yolu isə, əlbəttə görməkdir.
Bəs Sizcə qartal baxışı ilə baxmaq üçün hansı addımlar etmək vacibdir?
Birincisi, görmək üçün biz hamının gördüyündən daha fərqli və daha çox baxmalı və ya fərqli yerdə olmalıyıq. Bunun ən sadə yolu isə, daha üst yerdən baxmaqdır. Dediklərim məcazi mənada səslənsədə biznesdə də belədir. Tanıdığımız ən güclü sahibkarlar belə, ildə ən azı 2-3 dəfə “qartal baxışı” etmək üçün “yuxarıya” qalxır (xaricə gedirlər). Necə ki, bunu Hitler edib!)
İkincisi, əsl rəhbər işlərin içərisində bir-başa olmalı deyil. Buna diqqət edin. Çox vacibdir ki, rəhbər işin icrasında bir-başa olmasın. Belə olduğu zaman çöldən duraraq probləmləri daha aydın görmək və onların həlli üçün yollar tapmaq mümkün olur. Diqqət edin, hansısa bir işin icrasında olduğunuz zaman, Siz tam olaraq nələrin baş verdiyini hiss etmirsiniz. Başınız gündəlik proseslərə qarışır.
P.S. Bu o demək deyil ki, işin başını buraxmalısınız, amma icrada nisbətən az olmaq şərtdir.
Üçüncüsü, mütləq öz sektorunuzdan olmayan adamlarla görüşlər keçirməlisiniz. Bəzən hansısa sahədə bizim hər gün baş sındırdığımız problemin həlli çoxdan tapılıb. Biz sadəcə bu sahədən az məlumatlıyıq. Həkimlərlə, mühəndislərlə mütamadi görüşlər etmək, biznes adamları üçün hava-su kimi lazımdır. Həkimlərə diqqət edin, onların bir məsələni çox düzgün başa düşüblər – müalicə diaqnostikadan başlayır. Biznesdədə, marketinqdədə belədir. Diaqnoz qoyulmadan heç bir addım atmaq olmaz.
P.S. Söhbət güclü həkimlərdən, mühəndislərdən gedir !)
Dünyada olan uğurlu biznes-keysləri təhlil etdikdə aydın şəkildə görmək olar ki, hər şey bir mənalı olaraq məsələyə qeyri-standart yanaşma nəticəsində uğurlu alınıb. Başqa sözlə desək fərqli nesə etmək üçün, mütləq fərqli baxış bucağına sahib olmalısan. Bu vacibdir.
Düşünürəm ki, bu bloq post bizim dostlarımıza məsələrə daha fərqli bucaqdan baxmağın vacib olduğunu göstərəcək. Hər bir şəxsiyyətin özünə xas olan sirləri olub. Eləcədə Adolf Hitler belə öz faşisizm məntiqi ilə, özündə öyrəniləcək miras buraxıb, sadəcə diqqət etmək, öyrənmək vacibdir.
Mənbə: http://www.ilkinmanafov.com/2014/10/qartal-baxisi/#sthash.kVTuwyEo.dpuf