“NIKOIL Bank” ASC-nin İnsan Resursları üzrə departamentə yeni direktor təyin edilib.
Yeni direktor əvvəllər “Bank Respublika” və ” Azərbaycan Sənaye Bank”ında eyni vəzifələri daşımış Ziya Rəcəbovdur.
Əldə olunan məlumatda deyilir ki, Rəcəbov bu vəzifəyə bu ay, yəni avqustun 1-dən icraya başlayıb.
O, banklarla yanaşı Azərbaycanın ən böyük qida istehsalçısı olan “Azərsun Holdinq”də də eyni vəzifədə çalışıb.
Fed.az