"Netflix" şirkətinin xalis mənfəəti 79 faiz artıb | Banco.az

"Netflix" şirkətinin xalis mənfəəti 79 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Netflix" şirkətinin gəlirləri ilin birinci rübündə 15 faiz artıb.

Banco.az xəbər verir ki, “Netflix” bu ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.

Hesabata əsasən, şirkətin ilin ilk rübündəki gəliri üzvlük artımları və qiymətlərə görə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 faiz artaraq 9,4 milyard dollara çatıb.

Şirkətin gəliri ötən ilin eyni dövründə 8,2 milyard dollar idi.

“Netflix”in xalis mənfəəti isə birinci rübdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 79 faiz artaraq 2,3 milyard dollara çatıb. Şirkətin ötən ilin ilk rübündə xalis mənfəəti 1,3 milyard dollar təşkil edirdi.

“Netflix”in bir səhm üzrə qazancı da sözügedən dövrdə 2,88 dollardan 5,28 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilənə görə, platformadakı abunəçilərin sayı isə ilin birinci rübündə təxminən 37 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı artaraq 269,6 milyon nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram