Neftin qiymətinin 100 dollara qədər bahalaşması gözlənilir | Banco.az

Neftin qiymətinin 100 dollara qədər bahalaşması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” neftin qiyməti ilə bağlı proqnoz verib.

Banco.az xəbər verir ki, “JPMorgan”a görə, Rusiyanın hasilatı azaltmaq qərarı digər ölkələrin tədbirləri ilə balanslaşdırılmadığı müddətcə Brent markalı neftin 100 dollara bahalaşma ehtimalı var.

Bu barədə “JPMorgan” analitikləri martın 27-də qələmə aldıqları bir qeyddə deyiblər.

Onlar bu mərhələdə neftin qiyməti ilə bağlı proqnozlarını dəyişməsələr də, Moskvanın addımlarının təsiri ilə Brent markalı neftin may ayında 90 dolların ortalarına, sentyabrda isə 100 dollara yaxınlaşa biləcəyini düşünürlər.

Xatırladaq ki, son günlərdə neft bazarlarında ucuzlaşma müşahidə edilməkdədir.

Neftin ucuzlaşmasına dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-ın kommersiya tipli xam neft ehtiyatlarının artmasına dair proqnozların ölkədə tələbin zəif olduğu qənaətini gücləndirməsi təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda dünya bazarlarında Brent markalı neftin bir bareli 85,44 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram