Beynəlxalq kredit reytinq təşkilatı Fitch Ratings, Asiya iqtisadiyyatının aşağı neft qiymətlərindən faydalana biləcəyini ifadə edərək, "İyul ayından bu yana 25% dəyər itirən neft qiymətlərinin iqtisadi artım ümidlərini yüksəltməsi, ticarət şərtlərini yaxşılaşdırması, Asiya-Sakit okean ölkələrinin kredit dərəcələrinə müsbət təsir etməsi mümkündür" açıqlamasını verdi.
Fitch rəsmi saytında bu mövzuya açıqlıq gətirib. Açıqlama da bildirilib ki: "Çin, Yaponiya, Koreya və Tailand kimi bir çox böyük Asiya iqtisadiyyatında, neft qiymətlərindəki fasiləsiz enişdən sonra səmərəli bir gəlir artımı müşahidə edilə bilər.
Bununla bərabər, İndoneziya və Hindistan kimi geniş neft idxalına ehtiyacı olan ölkələr kredit profillərində müsbət təsiri görmək üçün ən yaxşı mövqeyi almış vəziyyətdədir. Bəhsi gedən hər iki ölkə də neft qiymətindəki enişdən üstünlük əldə etdi. Maliyyə hesabları, iqtisadi artım və ticarət şərtləri üzərindəki müsbət təsir, Hindistan və İndoneziya kimi dəqiq neft idxalçısı olan ölkələrin kredit profili üçün faydalı ola bilər.
Enerji qiymətlərinin enməsi həmçinin istehlakçılara da müsbət təsir edəcək. "
Aşağı neft qiymətlərinin nəticəsi olaraq deflyasiyanın bəzi ölkələrdə ümumi daxili məhsulun artımının azalmasına yol aça biləcəyi ifadə edilən açıqlamada, makroiqtisadi artım təsirləri ilə bərabər, maliyyə təsirlərinin də Cənubi və Cənub-Şərqi Asiya ölkələri üçün əhəmiyyət daşıya biləcəyi bildirildi.
Açıqlamada, Fitch Ratings'in Brent növlü xam neftin barrel qiyməti ilə bağlı sentyabr ayı proqnozlarının 2015-ci il üçün 100 dollar, 2016-ci ilin üçün 95 dollar səviyyəsində olduğu xatırladılaraq, bəhsi gedən proqnozların aşağı düşdüyü, müvafiq olaraq 87 dollar və 90 dollar olaraq təyin olunduğu qeyd edildi.