Hər bir ölkənin iqtisadiyyatı onun istehsalından birbaşa asılıdır. İqtisadiyyatın hansı sahəsinin daha çox gəlir gətirməsi isə ölklərdə fərqlənir. Bəs Azərbaycanda daha çox nədən gəlir əldə edilir? İqtisadiyyatın strukturunu sənaye və kənd təsərrüfatına ayırdıqda, Azərbaycanın sənayedən əsas neftən asılı olmağını əsas götürərək ÜDM-in tərkibini neft və qeyri-sektoru üzrə nəzərdən keçirəcəyik.
Ümumilikdə baxdıqda 2015-ci il istisna olmaqla, 2010-cu ildən bəri ÜDM-də ilbəil artım müşahidə olunur. Neft və qeyri-neft sektoruna ayrılıqda baxsaq, qeyri- neft sektoru artmaqdadı, lakin neft sektorundan gələn gəlirlər, 2014-cü il neftin qiymətinin düşməsi ilə kəskin sürətdə - 6 milyarda qədər azalmışdır. Növbəti ildən isə yavaş-yavaş əvvəlki vəziyyətini bərpa etmişdir.
İllər |
Cəmi ÜDM (mln. manatla) |
Qeyri-neft
(mln. manatla) |
Neft
(mln. manatla) |
2010 | 42465,0 | 18442,7 | 24022,3 |
2011 | 52082,0 | 21974,3 | 30107,7 |
2012 | 54743,7 | 26165,4 | 28578,3 |
2013 | 58182,0 | 29982,8 | 28199,2 |
2014 | 59014,1 | 33038,2 | 25975,9 |
2015 | 54380,0 | 34500,9 | 19879,1 |
2016 | 60425,2 | 35951,2 | 24474,0 |
2017 | 70337,8 | 40012,3 | 30325,5 |
2018 | 79797,3 | 41588,6 | 38208,7 |
Faiz nisbəti ilə baxdıqda isə ÜDM-in yarıdan çoxunu neft gəlirləri təşkil etsə də 2013-cü ildən azalma başlamışdır. Bundan sonra qiymətlərin düşməsi , daha sonra Azərbaycan manatının məzənnəsinin dollar qarşısında dəyərdən düşməsi özünü gəlirlərdə göstərir. 2015-ci ildən etibarən isə neft gəlirlərinin az-az artması müşahidə olunur. Elə həmin ildə qeyri-neft sektorundan gələn gəlirlər neft sektorudan gələn gəlirlərin təminən 2 misli qədər idi.
Tərlan Qəhrəmanova, banco.az