"Neft 2015-ci ildə 35 dollara qədər enə bilər" | Banco.az

"Neft 2015-ci ildə 35 dollara qədər enə bilər"

OPEC-in yaya qədər neft istehsalını azaltmaqda bir razılığa gələ bilməməsi halında, neftin barrel qiymətinin 35 dollara qədər enə biləcəyi bildirildi.

Neft bazarına aid proqnozları ilə məşhur Tom Kloza, neftin barrel qiymətinin gələn il ən azı 35 dollara qədər enə biləcəyini qeyd etdi. Kloza, bu gün Vyanada reallaşacaq görüşdən ciddi bir qərar çıxmayacağını və bunun növbəti altı ayda neft bazarında daha böyük bir böhrana təkan verəcəyini ifadə etdi.

Ən sərfəli kredit üçün müraciət et

Oil Price Information Services adlı quruluşun yaradıcısı olan Kloza, "2015-ci ilin ikinci yarısına baxarkən, neftə olan qlobal tələbin gündə 1-1,5 milyon barelə düşmüş olacağını görəcəyik. Əgər OPEC üzvləri növbəti yaz aylarına qədər istehsalı azaltma mövzusunda bir razılığa gələ bilməsə, bu neftin barrel qiymətini 35 dollara qədər azalda bilər. Çünki ortada heç kimin işinə yaramayan bir milyard barrel neft boşda durmuş olacaq "dedi.

Qeyd etmək istərdik ki, neft qiymətləri iyun ayından bu yana 30% dəyər itirib.