Nə üçün Blockchain texnologiyası daha etibarlı hesab olunur? | Banco.az

Nə üçün Blockchain texnologiyası daha etibarlı hesab olunur?

Silikon Vadisi və Wall Street, blockchainin hər şeyi dəyişə biləcəyini düşünür. Bunun olma ehtimalı yüksəkdir, çünki gün keçdikcə bu texnologiyanın potensial tərəfləri bir çox dövlət tərəfindən qəbul olunmağa davam edir. Bu texnologiya ilə maraqlanan ölkələrdən biri də Afrikadır. Afrikanın bir vilayəti olan Ruan, ölkənin vacib idxalat məhsullarından olan tantal metalının tədarükünü asanlaşdırmaq üçün blockchain texnologiyası istifadə etmək niyyətindədir. Bundan əlavə Birləşmiş Krallıq gələcəkdə bir çox sahələrdə bu texnologiyaya üstünlük verəcəyini bildirir. Bu sahələrə misal olaraq, pasport çıxarma, vergi toplama, xidmət, tədarük prosesini və dövlət qeydiyyatlarının aparılmasını göstərmək olar.

Əslində kripto pullar son bir neçə ildə populyarlıq qazansa da əslində yaranma tarixi 80-cı illərə qədər uzanır. Sadəcə əvvəlki dövrlərdə kripto pullar qeyri-qanuni işlərdə anonim şəkildə istifadə olunurdu. Blockchain texnologiyası isə bu sahəyə nəzarətin gətirilməsinə yardımçı oldu.

Ən sərfəli kredit üçün müraciət et

Blockchain texnologiyası nə qədər etibarlıdır?

Blockchain, əməliyyatları etibarlı şəkildə idarə etmək ideal hesab oluna bilər. Belə ki, bu texnologiyadakı hər zəncir özündən əvvəl və sonrakı ilə birbaşa əlaqəlidir. Belə olduqda burda tək bir icazəsiz dəyişiklik etməyə cəhd edildikdə sistem bütün tərəflərə ani xəbərdarlıq edir. Blockchain qeydləri kriptoqrafika ilə qorunur və bu sistemə giriş icazəsi olanlar özlərinə aid məlumatlara xüsusi açarlarla daxil ola bilirlər. Bundan əlavə bu texnologiya mərkəzsiz olduğundan hakerlərin müdaxiləsi mümkünsüz hal alır. Amma onu da qeyd etməliyik ki, bu sistem son bir neçə ildə məşhurlaşdığı üçün hal-hazırda təkminləşdirilir və bəzi blockchain şəbəkələri daha təhlükəsiz hesab olunurlar.

Nəcibə Yusifova, Banco.az