Snapchat sosial şəbəkəsinin aid olduğu Snap şirkətində kütləvi olaraq top-menecerlərın istefası müşahidə olunur. Bu yaxınlarda ən son olaraq şirkətin maliyyə direktoru Tim Stoun istefa qərarını açıqlayıb. Onun şirkətdən ayrılması Snap şirkətinin ağır dövrünə təsadüf edib. Komanda Snapchat dizaynını dəyişdikdən sonra ilk dəfə olaraq istifadəçilərinin mənfi reaksiyası ilə qarşılaşıb.
Sosial platformanın dəyişikliklərə uğramasının əsas səbəbkarı kimi Evan Spiegel göstərilir. Amerikanın ən gənc milyarderi kimi tanınan Evan, Snapchat sosial şəbəkəsinin icraçı direktoru (CEO) vəzifəsində çalışır. The Wall Street Journal - vaxtı ilə Evanın start-up lahiyəsinin (Snapchat) sürətli inkişafı üçün əlindən gələni etdiyini qeyd etmişdir. Zamanında şirkətə 26 milyard dollar qazandıran Evan, bu gün şirkətin 20 milyard dollar vəsait itirməsinə səbəb olub.
Evan Spiegel
Bloomberg qeyd edir ki, Stounun qəflətən istefa verməsi Snap şirkətinin gələcəyi barədə narahatığa səbəb olub. 19-cu top menecer Tim Stounun vəzifəyə gəlməsindən qısa müddət sonra şirkətdən ayrılması ekspertlərin marağına səbəb olub. Analitik Piter Kris, Stounun getmə səbəbi olaraq baş verənlərdən narazı olmasını iddia edir. Stounun getmə xəbəri açıqlandıqdan sonra postmarketdə şirkətin səhmləri 7% enib. Səhmlərin alqı-satqısı başladıqdan sonra isə rəqəm yenilənərək 12%-i göstərib.
Snap şirkətinin 2018-ci ildə səhmləri 50%, bazar kapitallaşma dəyəri isə 4 dəfə azalaraq 25,5 milyard dollardan 6,5 milyard dollara enib (16 yanvar tarixində kapitallaşma dəyəri 7,43 milyard dollar təşkil edib).
Digər sosial şəbəkə rəhbərlərindən fərqli olaraq aparılan təhlillərə və top-menecerlərdən ibarət komandanın fikirlərinə deyil, yalnız öz prinsiplərinə uyğun hərəkət edən Evan son zamanların qınaq obyektinə çevrilib. Onun yalnız öz düşüncələri ilə hərəkət etmə prinsipi şirkəti 20 milyard dollar ziyana uğradıb.
Snapchat sosial şəbəkəsini uçuruma aparan qərarı Evan Spiegel 2017-ci ildə almışdır. Hər zaman olduğu kimi özünəməxsus tərzdə komanda ilə müzakirə aparmadan Evan ciddi şəkildə işə başlayır. İşçilərə qısa zaman içində Snapchat platformasının redizayn olunmasını elan edir. Sərt deadline təyin edir və təhlil aparılmasından imtina edir. Top-menecer və dizaynerlərin narahatçılığına məhəl qoymayaraq, işçilər tərəfindən əlavə vaxtın verilməsi xahişini belə rədd edir. Nəticədə isə ərsəyə gələn beta versiya özünü doğrulda bilmir.
Fevral ayında Snapchat şəbəkəsinin yenilənmiş versiyası istifadəçilər tərəfindən bəyənilməyərək, etirazlara səbəb oldu. İstifadəçilər şəbəkənin redizayn olduqdan sonra, ismarıcların itkisi barədə şikayətləniblər. 1,2 milyon istifadəçi petisiya imzalayaq, köhnə versiyanın qayıtmasını tələb edib. Financial Times xəbər agentliyi də Snapchat platformasının özəlliyinin sadə və rahat olması ilə əlaqələndirir. Belə ki, sosial şəbəkə sadə dizayna malik olduğu üçün rəqibləri Facebook və WeChat messencerlərindən seçilirdi.
Səhmlərin ucuzlaşması, istifadəçilərin narazılığı və top-menecerlərin kütləvi istefası sərt Evanı belə qərarının düzgün olmadığını etiraf etməyə vadar etdi. O, servisin redizayn edilməsində səhvə yol verilməsini və tez bir zamanda platformanın yenidən rahat şəkildə idarə edilməsini təmin edəcəyini vəd etdi.
Son hadisələr isə, Amerikanın ən gənc milyarderinin sərt idarə etmə prinsini dəyişməyə çalışmasını göstərir. Qeyd edilir ki, Evan səhvlərindən nəticə çıxararaq, son 7 ay müddətində işçilər ilə iclaslar keçirir və yaranan gərginliyi aradan qaldırmağa çalışır.
Həmçinin oxu: "Snapchat" təsisçiləri $1 mlrd itirdi