Nə CFA nə də ki MBA, bankir olmaq üçün öyrənməli olduğunuz əsas kurslar! | Banco.az

Nə CFA nə də ki MBA, bankir olmaq üçün öyrənməli olduğunuz əsas kurslar!

Hazırda çox bankda işləyən CFA sertifikatı almaq üçün kursa gedir və ya MBA oxumaq üçün magistra qəbul olmağa məcbur olur.  Amma sizə səhv deyiblər. Bu iki kursun heç biri bankçılıqla əlaqəli deyil. CFA daha çox investisiya ilə , MBA isə maliyyə bilgilərini daha da möhkəmləndirmək üçündür.  Hər kəsin ağlındakı o sual işarəsini görürəm, ???. Bəli bu bir həqiqətdir, bank sahəsində vəzifənizin qalxması və maaşınızın artması üçün sizə daha lazımlı kurslar haqqında aşağıda məlumat vermişəm . Sonda öz maaşınızdan mənim də hörmətimi edərsiniz, yəqin ki :)

1) Certificate in Quantitive Finance

Bu sertifikat daha çox törəmə maliyyə alətləri, sığorta, risk menecmenti, model analizi, ticarət kimi mövzulara aid olsa da içərisində bank sahəsinə aid çox praktiki keyslər mövcuddur. Əvvəla deyim ki, bu sahəyə müraciət etmək üçün riyaziyyatı Arximed kimi bilməlisiniz. Hətta siz kursa başlamazdan öncə riyaziyyat imtahanı da verəcəksiniz. Proqram üçün əlavə məlumat almaq istəyənlərə bu linki tövsiyyə edirəm.

2) The Advanced Certificate in Compliance

Bu kurs üçün başlıca şərt ali savadının olması və dərdini danışa biləcək qədər ingiliscən olmasıdır.  Bu kursun əsas məqsədi çirkli pulların yuyulması və maliyyə krizislərində alternativ çıxışların tapıla bilməsi üçündür. Qeyd edim ki, beynəlxalq bankçılıqda bu sertifikatı olan namizədlərə imtahan edilmir. 

3) Certified Financial Planner

Ən sərfəli kredit üçün müraciət et

Yeganə bank sertifikatıdır ki, maliyyə sahəsində  bakalavr təhsilinin olması əsas şərtdir. Kurs ərzində vergi, maliyyə , təhsil və sığorta planlaması kimi bir-birindən maraqlı mövzular barədə öyrənmiş olacaqsınız. Eyni zamanda sizin 6000 saatlıq maliyyə planlaması ilə əlaqədər iş təcrübəniz olmalıdır. 

4) Certified Credit Professional

Kanada Kredit insitutu tərəfindən keçirilən bu imtahanda kreditin idarə edilməsi, kredit idarəsində informasiya texnologiyaları, maliyyə uçotu, korporativ maliyyə kimi mövzulara toxunursunuz. Eyni zamanda bu imtahanı ancaq Kanadada verə bilərsiniz, sizdən isə 5 il iş təcrübəsi istəyirlər. Proqram barədə bu linkdən məlumat alın.

5) Financial Risk Manager Certification

Əvvəlcə onu deyim ki, bu kurs sizdən 2 il risk menecmenti sahəsində iş təcrübəsi tələb edir.  Bu kursda siz bazar riskləri, əməliyyat riskləri, investisiya və kredit riskləri barədə maraqlı mövzular keçəcəksiniz. PwC, KPMG, Çin bankı kimi təşkilatlar bu sertifikatı olan gəncləri risk menecmenti vakansiyasına qəbul edirlər.  Proqram barədə bu linkdən məlumat ala bilərsiniz.

Hələ də bankir olmamısınızsa, elə indi bankir olun!