“NBC Bank” ASC-nin səhmləri Bakı Fond Birjasında yerləşdiriləcək | Banco.az

“NBC Bank” ASC-nin səhmləri Bakı Fond Birjasında yerləşdiriləcək

“NBC Bank” ASC-nin adi, sənədsiz, adlı səhmləri avqustun 21-dən etibarən Bakı Fond Birjasında (BFB) yerləşdiriləcək.
BFB-dən AzərTAc-a daxil olan məlumata görə, emissiyanın ümumi həcmi 10 milyon 23,6 manat, qiymətli kağızın miqdarı 41 min 51 ədəd, bir emissiyanın nominal dəyəri 243,6 manat, anderrayteri “Texnika Kapital Menecment” MMC, yerləşdirmənin son müddəti isə gələn il fevralın 17-dəkdir.
Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

 

    AzərTAc