Nazirlik tender elan edib! | Banco.az

Nazirlik tender elan edib!

İqtisadiyyat Nazirliyi "Regionların inkişafına dəstək proqramı" çərçivəsində "Xüsusi iqtisadi zonaların idarə olunmasına dəstək layihəsi"nə dair açıq tender elan edib. 

Məlumata görə, tenderdə iştirak haqqı 2 min manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 25-nə qədər, tender təklifi və bank zəmanətini isə dekabrın 6-na qədər Bakı şəhəri, Neftçilər prosepekti,2A ünvanına təqdim etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Təkliflərə dekabrın 7-də, saat 12:00-da adıçəkilən ünvanda baxılacaq. Təkiflərin qiymətləndirilməsində qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlar nəzərə alınacaq. 

Mənbə: Report.az