Nazir: "TANAP Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək" | Banco.az

Nazir: "TANAP Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək"

"Azərbaycan, Türkiyə və Gürcüstan bütün dünyaya nümayiş etdirdilər ki, regionun əhalisinin rifahı üçün Trans Anadolu Qaz Boru Kəməri (TANAP) kimi böyük layihəni həyata keçirə bilərlər".

Bunu "Anadolu" agentliyinə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.

Onun sözlərinə görə, TANAP layihəsi vaxtından əvvəl icra edilib və bunu rekord hesab etmək olar. 

Ən sərfəli kredit üçün müraciət et

Nazirin fikrincə, kəmər enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək. 

"Layihənin həyata keçirilməsi ilə Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxacaq. Bundan əlavə, Türkiyənin regiondakı strateji rolu güclənəcək. TANAP-ın payına Türkiyəyə ümumi qaz idxalının 10%-i düşəcək. Bu, qaz tədarükünün şaxələndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir", - deyə A.Bayraktar bildirib.

report.az