Banco.az xəbər verir ki, dekabr ayında ötən ay ilə müqayisədə 4 bankın nağd kredit faizlərində dəyişiklik müşahidə olunub.
Bankların istehlak kreditlərinin faizləri noyabr ayına nəzərən Rabitəbankın kredit faizlərində 0,79%, Expressbankda 0,5% azalma olub. Yelo Bankın kredit faizlərində 2%, Azərbaycan Beynəlxalq Bankının faizlərində isə 1% artım olub. Nağd pul krediti təklif edən banklar arasında digərlərinin kredit faizlərində isə heç bir dəyişiklik olmayıb. Rabitəbankda isə kredit məbləğində artım olub. Bankların nağd kredit şərtləri ilə daha ətraflı infoqrafikdən tanış ola bilərsiniz.
Qeyd olunan şərtlər (faizlər, müddət və məbləğ) bankların ümumi məlumatlarıdır. Bu şərtlər əmək haqqının məbləğindən, təminatdan və s. asılı olaraq dəyişə bilər.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!