Müsahibə dedikdə, hər kəs bu mövzuda müəyyən məhsuliyyət dərk edir. İşə qəbulun əsas hissəsi namizədin özü haqda müsbət fikir formalaşdırmasıdır. Müsahibə mərhələsinə mənfi təsir edən tərəflərdən bir digəri həyəcandır. Bunlarla necə başa çıxmaq olar?
Hazırlıqlı olun
Hansı formada müsahibədə iştirak etməyinizdən asılı olmayaraq, prosesə mütləq hazırlıqlı gedin. Məsələn, şirkət haqda, şirkətin profili, məqsəd və istəkləri haqda ətraflı araşdırma aparın. Unutmayın ki, hazırlıq stressi ortadan qaldırır.
Məşq edin
Həyəcanınızı idarə etməyə çalışmağın ən effektiv üsullarından biri də məşq etməkdir. Məsələn, ən çox verilən sualları özünüzə verərək bu mərhələyə hazırlaşa bilərsiniz. Əgər tək çalışmaq çətindirsə, onda öz dostunuz, yaxın rəfiqənizin köməyindən istifadə edərək buna nail ola bilərsiniz.
İşə müraciət edərkən məqsədinizi də nəzərə alın
Sadəcə işləmək haqda fikirləşmək sizə heç bir şey verməyəcək, bundan əlavə işin sizə qatacağı müsbət tərəfləri və qazandıracağı təcrübələri də nəzərə alın. Özünüzü konsultantın fikrindəki namizədlə müqayisə edin. Bundan əlavə istədiyiniz işin sizi hara aparacağına qərar verin.
Özünüzə inanın
Özünə inam, işi əldə etməyin əsas açar nöqtələrindən biridir. Sualları cavablandırarkən özünüzə inamlı olun. Unutmayın ki, şirkət özünə yeni dəyər qazandıracaq işçilərə ehtiyac hiss edir.
Özünüzü dəyərləndirin
Maaş mövzusu işə qəbul zamanı əsas meyarlardan biridir. Əgər işə qəbul prosesində sizdən əmək haqqı haqda soruşulursa, görəcəyiniz işi, öhdəliklərinizi, biliklərinizi və şirkətə verəcəyiniz əlavə üstünlükləri nəzərə alaraq maaş tələbinizi bildirin. Bəzən bu əks effekt verə bilər. Amma əgər siz bu maaşa layiq olduğunuzu sübut etsəz və ya əsas gətirə bilsəz, onda çəkinmədən fikrinizi bildirin.
Nə istədiyinizi unutmayın
İşləmək, öyrənmək çox gözəl hiss olsa da iş müsahibəsinə gedərkən və ya işə qəbul olarkən birlikdə çalışacağınız insanları da nəzərə almağı unutmayın. Əgər bu iş və ya iş yeri sizi qane etmirsə, onda həmin işdə uğur qazana bilməyəcəksiniz.
Nəcibə Yusifova, Banco.az