Müsahibədə əmək haqqı ilə bağlı sualları necə cavablandırmalıyıq? | Banco.az

Müsahibədə əmək haqqı ilə bağlı sualları necə cavablandırmalıyıq?

İş müsahibələrində hər zaman məhşur suallar olur. Bunlardan ən diqqət çəkəni maaşla bağlı verilən suallardır. Bir çoxları məhz bu suallara görə sonda müsbət cavab ala bilmirlər. Bu dəfəki yazıda bu sualla bağlı verilməməli olan cavabları araşdırdıq. Bu mövzuda Con Dudinin müəllifi olduğu “Maaş haqda təhlükəsiz söhbətlər” kitabından istifadə edə bilərsiniz. Müəllifdən müsahibə alan Glassdoor işə götürmə şirkəti bu mövzuda bir sıra problemləri həll edəcək cavabları yayımlayıb.

1. Heç vaxt tələb etdiyiniz maaş haqda danışmayın

Belə olduqda həm özünüz haqda yalnış təəssürat yarada, həm də növbəti yox cavabı almaq kimi bir problemlə qarşılaşa bilərsiniz. Bundan əlavə özünüz maaş haqda fikir bildirsəniz şirkətin sizə təklif edə biləcəyi maaşdan daha az miqdar göstərə bilərsiniz. Bu mövzuda bir az daha diqqətli davranmağa çalışın. Bu mövzuda yaxşı olardı ki, vəziyyəti və şirkəti nəzərə alaraq fikrinizi bildirəsiniz.

2. İfadələri seçərkən daha diqqətli olmağa çalışın

Məsələn, sizin üçün bu maaş qaneedicidirmi sualına cavab verərkən birbaşa “Yox, məni qane etmir” yerinə “Bu maaş məni qane edərdi əgər...” deyə fikirlər səsləndirməyiniz daha məqsədə uyğundur.

Ən sərfəli kredit üçün müraciət et

3. Maaş haqda söhbətləri daha sonraya təxirə salmayın

Maaş mövzusu işin əsas açar hissələrindən biridir və yaxşı olar ki, ilk müsahibədən etibarən bu haqda danışılsın. Yəni  sizdən maaş haqda fikriniz soruşulursa, öz fikrinizi bildirin amma sərt və ya aşırı şəkildə reaksiya verməyin.

4. Maaş haqda fikrinizi səsləndirməzdən əvvəl vəzifə öhdəliklərinizi gözdən keçirin

Çünki, əgər sizdən maaş aralığını mütləq göstərmək tələb olunursa, özünüzdən cavab yazmaqdansa, cavabı yazıb, əsaslandırmağınız və eyni zamanda iş təcrübənizi də qeydə almağınız məsləhət görülür.

5. Ən əsası da odur ki, iş müsahibəsinə getməzdən əvvəl mütləq şirkəti araşdırın

Bu sizə daha yaxşı təkliflər hazırlamağınıza və təbii ki, sizi vacib bir namizəd kimi nəzərə almaqlarına yardımçı olacaq.

Nəcibə Yusifova, Banco.az