Muğanbank`ın 30.09.2014 tarixinə olan maliyyə hesabatlarına əsasən bankın maliyyə göstəricilərində əhəmiyyətli artımlar baş vermişdir. Belə ki, bir il ərzində bankın aktivləri 17% artaraq 368.6 mln manat olmuşdur. Aktivlərin artımı əsasən kreditlərdə baş verən 19%-lik artım hesabına baş vermişdir. Kredit portfeli 235.6 mln manatdan 281.2 mln manata qədər yüksəlmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə depozitlərin həcmi 14% artaraq 143.9 mln manata bərabər olmuşdur.
2014-cü ilin III rübü üzrə Bankın xalis mənfəəti isə 4.6 mln manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 43% çoxdur.
Muğanbank fəaliyyətinin əsasını təşkil edən faizlərdən 30.8 mln manat gəlir əldə etmişdir ki, bu da bir il əvvəllə müqayisədə 39% çoxdur. Bankın faiz xərcləri isə 2.6 mln manat artaraq 13.5 mln manat təşkil etmişdir.
Digər bankların göstəriciləri ilə saytımızın Bankların əsas göstəriciləri bölməsindən tanış ola bilərsiniz.