“Muğanbank” ASC 2018-ci ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
30 İyun 2019-cu il tarixində “Muğanbank”ın cəmi aktivləri 587 milyon 224 min manat təşkil edib. Bu, 2018-ci ilin sonu ilə müqayisədə 6,4% çoxdur. Aktivlərin 361 milyon 493 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
“Muganbank”ın müştərilərinin hesablarındakı vəsait də artıb. Belə ki, müştəri hesabları ötən ilin sonu ilə müqayisədə 19 milyon manat artaraq 299 milyon 793 min manat çatıb.
GƏLİRLƏRİ ARTIB
2019-cu ilin yanvar -iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə “Muğanbank”ın kreditlər üzrə faiz gəlirləri 1 milyon 531 min manat və ya 8,8% artaraq 18 milyon 906 min manat, komission və qeyri-faiz gəlirləri isə 2 milyon 217 min manat və ya 36% artaraq 8 milyon 364 min manat təşkil edib.
“MuğanBank” gəlirləri hesabına ehtimal olunan kredit itkiləri üçün ehtiyat yaratmaqda davam etdiyindən 1-ci yarımili 9 milyon 825 min manat zərər ilə başa vurub. Belə ki, cari ilin yanvar -iyun aylarında “Muğanbank”ın cəmi gəlirləri 28 milyon 808 min manat, cəmi xərcləri isə 38 milyon 677 min manat təşkil edib. Xərclərin 12 milyon 119 min manatı kreditlər üzrə ehtiyatların yaradılması üçün xərc təşkil edib. Bu xərc nəzərə alınmasa Bank 2 milyon 300 min manat əməliyyat məfəəti əldə edir.
Marja