Müəssisənin müasir fəaliyyətinin idarə edilməsi metodları | Banco.az

Müəssisənin müasir fəaliyyətinin idarə edilməsi metodları

Müasir dövrdə biznesinizi idarə etmək üçün lazımi məlumatdan istifadə imkanının olmaması səbəbindən bu işdə uğurlu nəticələr əldə etmək, habelə, müəssisənin fəliyyətini inkişaf etdirmək mümkünsüz vəziyyətə gələ bilər. Təəssüf ki, bu problem bütün müəssisələrdə qeydə alınan ümumi hal kimi müəyyən olunur. Bu problem, adətən, müəssisə fəaliyyətinin idarə edilməsi prinsiplərindən istifadə etdikdə cari və müvafiq məlumatlar əsasında təsirli ideyaların formalaşması mümkün olmadıqda meydana gəlir. Bundan əlavə, müəssisənin müasir faliyyətinin idarə edilməsi metodlarının tətbiqi hələ də mürəkkəb və çətin proses olaraq qalmaqdadır. Lakin bu metodlar dəyişməkdə davam edir və nəticədə bu dəyişiklik müəssisəinin fəaliyyətində özünü göstərir.

Aşağıda qeyd olunmuş metodlar müəssisənin müasir faliyyətinin idarə edilməsi ilə bütün dünyada biznes mühitinin dəyişikliyə uğradığına dair yeni yanaşma təklif edir.

Bulud texnologiyası yeni standart hesab olunur

Tədqiqatlar 2014-cü ildə bulud texnologiyası xərclərinin 25%-dək artacağını göstərir. Yeni texnologiyanın tətbiqi zamanı onun istifadə qaydalarına uyğunlaşmaq və texnologiyanın ixtisaslaşdırılması olduqca vacibdir. İstehsalçılar daha geniş infrastruktur imkanlarının təmin edilməsi üzrə metodlar axtarışında olduqları üçün bulud texnologiyasının xidmətləri getdikcə daha fərqli xarakter alacaqdır.

Müəssisənin müasir faliyyətinin idarə edilməsi metodları təkmilləşdirilmiş bulud texnologiyası imkanlarına malik olduğundan Yeni ildə müəssisələrin aparıcı inkişaf istiqamətlərindən birinə çevriləcəkdir.

Mobilliyə xüsusi diqqət ayrılmalıdır

Hal-hazırda mobil telefon iş adamlarının və istehlakçıların məlumatları ötürməsini və onlara birbaşa təsir göstərməsini təmin edən həqiqi standart hesab olunur. Müəssisənin fəaliyyətinin idarə edilməsi vasitələri hətta havada olarkən belə bütün qurğularda hesabatlar təqdim etmək imkanına malik olmalıdır və bu sahədə təkmilləşməyə ehtiyac duyur.

Əməkdaşlığın olması xüsusilə əhəmiyyətlidir

Bir neçə il bundan əvvəl müəssisədələrdəki müştərək texnologiyalar yeni və bir qədər yöndəmsiz idi. İşçilərə bir-birilə əməkdaşlıq etmək və məlumatları paylaşmaq imkanı verən "Yammer" və "Box" kimi innovasiya texnologiyaları biznes fəaliyyətinin əhəmiyyətli hissəsinə çevrilmişdir. Təşkilat boyunca əməkdaşlığı təmin edən həllər sözün əsl mənasında heç bir işə yaramayan çıxış yolları ilə müqayisədə, müasir dövrün müəssisələrinin tələblərinə uyğun gəlirlər.

Maliyyə məmurları daha geniş təsir dairəsinə malik olmuşdur

"Wall Street" jurnalında verilən məlumata görə maliyyə məmurlarının  İT (informasiya texnologiyaları) sektoruna investisiya qoyuluşları üzərində təsiri 2 il bundan əvvəlki dövr ilə müqayisədə 40%-dək artmışdır.

Maliyyə məmurları təşkilatda köklü dəyişiklik edilməsi zamanı aparıcı rola malik olsalar da, əksər insanlar hələ də müəssisə fəaliyyətinin idarə edilməsi metodlarının həyata keçirilməsi istiqamətində ən yaxşı təcrübənin müəyyən edilməsinə müəffəq olmağa çalışırlar. Ən yaxşı təcrübənin müəyyən edilməsi onların təsir dairəsinin daha da genişlənməsi mənasına gəlir.

Ən sərfəli kredit üçün müraciət et

 Qərarın qəbul edilməsi aparılan təhlillərdən asılıdır

Biz təhlillərin qeyd edilməsinin kifayət olduğu bir dövrdən hal-hazırda yaşadığımız biznesin təhlili perspektivinə malik bir dövrə keçid etmişik. Cari vəziyyətin əhəmiyyəti və cari vaxtda verilən məlumatlar müəssisəsinin fəaliyyətinn idarə edilməsi üçün olduqca vacib hesab olunur.

Aparat vasitəsilə yaradılan informasiya artıq xidmət paketinə daxildir

Hər bir sistemə əlavə olunan daha çox informasiya (aparat vasitəsilə yaradılan məlumat və strukturlaşırılmmış məlumat) əslində məlumat toplusunu təmsil edir.

Müəssisənin texnologiyasında yenilik istehlakçı texnologiyasında yeniliklərin yaranmasına səbəb olur.

Müəssisə yeni innovasiya mərkəzinə çevrilmək üzrədir. Keçmişdə İT-dan istifadə müəssisə trendlərinin meydana gəlməsinə səbəb olurdusa, növbəti ildən etibarən müəssisələr bu sahədə aparıcı rola sahib olacaq. Müəssisə miqyasında bulud texologiyasından və mobil telefondan istifadə iş yerində yüksək səviyyəli və asan istifadə olunan təcrübələrin meydana gəlməsinə şərait yaradır.

Rəqabət insanların texnologiyaya uyğunlaşması prosesini sürətləndirəcək

Maliyyə məmurları onların sisteminin artıq köhnəldiyinin, eləcə də büdcəsi tərtib edilən və büdcənin tamamlaması üçün 4 aylıq bir müddətə ehtiyac duyan platformaların artıq kifayət etmədiyinin fərqindədirlər. Aparılan tədqiqatlara görə, verilmiş proqnozlardan istifadə edən şirkətlər hər il büdcə prosesi üçün 25 günə qənaət etmiş olurlar.

Maliyyə məmurları anlayırlar ki, planlaşdırmaya sərf etdikləri zamanı azaltmaq üçün yeni texnologiyalardan istifadə qaydalarını mənimsəməsələr, öz mövqelərini itirə bilərlər.

Çevik qərar qəbul edib hərəkətə keçmək hər zaman uğurlu nəticələr qazandırır

Gündən-günə inkişaf edən dünya bazarında demək olar ki, heç bir sənaye sahəsində uğur qazanmaq üçün sehirli vasitə yoxdur. Bunun üçün yalnızca daim gələcəyə baxmaq və növbəti addımı düşünərək atmaq lazımdır. Uzaqgörən maliyyə məmurları müəssisənin fəaliyyətinin idarə edilməsi üzrə alternativ həllərin axtarışını davam etdirmək niyyətindədirlər. Onların axtardığı həllər yeni şəraitə tezliklə uyğunlaşa bilmək xüsusiyyətinə malik olmalıdır.

Banco.az

Sevinc İbadova