Moody's qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına aşağı istiqamətdə təzyiq yaradır. 2014-ci ildə Azərbaycanın nominal ÜDM-nin 37% -ə yaxını karbohidrogen sektorunun payına düşüb.
Moody's agentliyi proqnozlaşdırır ki, 2015-ci ildə Azərbaycanın ÜDM -i 1% azalacaq. Moody's qeyd edir ki, neftin qiyməti bu il orta hesabla 55 $/barel təşkil edəcək. Azərbaycan iqtisadiyyatında yalnız 2016-ci ildə 1.7% -ə qədər artım ola bilər.