"Moody's" Avropa İttifaqının kredit reytinqini təsdiqləyib | Banco.az

"Moody's" Avropa İttifaqının kredit reytinqini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi “Moody's” Avropa İttifaqının (Aİ) kredit reytinqini təsdiqləyib.

Banco.az xəbər verir ki, “Moody's” Aİ iqtisadiyyatı ilə bağlı bir qiymətləndirmə edib.

Bu barədə agentliyin bəyanatında deyilir.

Bəyanata görə, Aİ-nin kredit reytinqi “Aaa” kimi təsdiq edilib, kredit reytinqi üzrə proqnoz isə “stabil” olaraq saxlanılıb.

Bəyanatda bildirilib ki, kredit reytinqi ilə bağlı qərar yüksək səviyyəli üzv dövlətlər tərəfindən Aİ-yə verilən güclü maliyyə və siyasi dəstəyi və ittifaqın fəaliyyətini dəstəkləyən institusional və maliyyə çərçivəsinin gücünü əks etdirir. Proqnozun stabil olması isə Aİ-yə üzv dövlətlərin ittifaqı maliyyə cəhətdən dəstəkləmək qabiliyyətinin və istəyinin yaxın gələcəkdə dəyişməyəcəyi gözləntisindən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram