Milyonçu varisləri üçün təşkil olunan düşərgələr necə olur? | Banco.az

Milyonçu varisləri üçün təşkil olunan düşərgələr necə olur?

Milyonçuların həyatı, yaşam tərzi hər zaman insanların diqqətini cəlb etməkdədir. Belə olan halda bir çox kütləvi informasiya vasitələri onların həyatları haqda müxtəlif istiqamətlərdə araşdırmalar aparırlar. Belə araşdırmalardan biri məhşur Forbes media agentliyi tərəfindən həyata keçirilib. Agentlik milyonçu uşaqlarının getdiyi düşərgələr haqda məlumat paylaşıb.

Verilən məlumata görə, belə düşərgələr məhşur şirkətlər, xüsusilə banklar tərəfindən təşkil olunur. Belə proqramlarda milyonçu övladları üçün maksimal şərait təşkil olunur. Bu düşərgələrdən biri İsveç investisiya bankı tərəfindən təşkil olunub. “Milyonçuların varisləri proqramında” milyonçu uşaqlarına əylənə biləcəkləri bütün şəraitlər yaradılıb. Onlar üçün xüsusi yeməklər təklif olunmaqla yanaşı, biznesə aid olan bütün sferaları əhatə edən seminarlar da proqramlarda yer almaqdadırlar.  

Milyonçular üçün nəzərdə tutulmuş düşərgələrin məqsədi nədir?

Bu düşərgələri təşkil etməkdə əsas məqsəd milyonçuların varislərinin şirkətlə əlaqələrini möhkəmləndirmək, o cümlədən gələcək müştəriləri analiz etməkdir. Belə banklar arasında Citi, Morgan Stanley Credit Suisse missal göstərmək olar. Bu düşərgədə yer alan gənclər üçün bəzi şərtlər də mövcuddur. Məsələn, burda iştirak edən milyonçu varislərinin ortalama yaşı 27, orta ailə büdcəsi 10 mln dollar təşkil edir. Bankın təşkil etdiyi düşərgədə 52 nəfər iştirak edir. Hətta layihə rəhbərinin bildirdiyinə görə, burda iştirak edənlər arasında sonradan evlənənlər də az deyil.

Ən sərfəli kredit üçün müraciət et

Layihədə əsas etibarilə varislərə müxtəlif biznes strategiyaları öyrədilir. Düşərgənin əsas məqsədi, əlaqələr qurmaq və şəxsi biznesi yaratmaqla əlaqəlidir. Yay düşərgəsinin əsas natiqi Skott Harrisondur. Skott bir sıra layihələrdə aparıcı rol oynayıb. Bunlar arasında təmiz içməli su layihəsi və gecə klublarında fəaliyyətini qeyd etmək olar. Düşərgədə Afrikadakı qadınların kanistrlərlə su daşıması haqda video nümayiş olunur və sonra bu təcrübə milyonçu varislər üçün təşkil olunur. Onlar su kanistrlərinin VR eynəklər taxaraq bara qədər daşımalıdırlar. Doğrusu bunun necə bir nəticə verməsi haqda bir fikir sahibi olmasaq da deyə bilərik ki, bu yəqinki cavanlarda empati yaratmaq və eyni zamanda əyləncəsini təşkil etmək üçün istifadə olunur.

Amma bu düşərgələr yalnız əyləncə xarakteri daşımır. Beləki, bir çox tanınmışların övladları burda iştirak etdikdən sonra öz bizneslərini qurması haqda danışıblar. Bunlardan biri Con bon Cobinin oğludur. O, “Formula 1” üçün öz qırmızı şərabını istifadəyə vermişdir.

Credit Suisse adlı təşkilat da hər il  6 günlük düşərgələrə 35 nəfər uşaq qəbul edir və beləliklə, onlar bankın gələcək investor təşkilatının üzvləri olurlar. Artıq təşkilatın 55 ölkədən 1300 iştirakçısı mövcuddur.

Nəcibə Yusifova, Banco.az