"Milli valyutada biznes kreditlərinin verilmə faizi 13 faizdir" | Banco.az

"Milli valyutada biznes kreditlərinin verilmə faizi 13 faizdir"

"Bu gün bəzi hallarda Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək olduğu barədə fikirlər səsləndirilir. Hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil". 

Bu, Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilmiş, böyük ehtimalla Maliyyə Bazarlarına Nəzarət Palatasınının sifarişi ilə hazırlanmış "Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?" başlıqlı məqalədə bildirilir.

Məqalədə qeyd edilib ki, Azərbaycanda bank kreditlərinin istehlak faizləri orta hesabla təxminən 22,3 faiz, biznes kreditləri üzrə isə 8,6 faizdir:

Ən sərfəli kredit üçün müraciət et

"Təbii ki, bu rəqəm xarici valyuta üzrə olan biznes kreditlərində daha aşağıdır və bu rəqəm 5 faiz təşkil edir. İndiki dövrdə milli valyuta üzrə biznes kreditlərinin verilmə faizi 13 faizdir. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin alternativ yollarla maliyyələşdirilməsi baxımından ölkə başçısının müvafiq fərmanı ilə 2017-ci ilin dekabrında İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Cari ilin 9 ayı ərzində fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib. Bu kreditlərin orta müddəti 28 ay və orta faiz dərəcəsi 16,3 faiz təşkil edib",- məqalədə bildirilir.

marja