Müəllif: Tamara Mustafayeva, Banco.az
“Microsoft” korporasiyasının keçmiş baş direktoru ilk dəfə olaraq şirkətin həmtəsisçisindən daha zəngin olub.
Banco.az xəbər verir ki, 2000-2014-cü illərdə “Microsoft”un baş icraçı direktoru olan Stiv Balmer Bill Qeytsi üstələyək dünyanın ən varlı altıncı insanı olub.
Bloomberg Milyarderlər İndeksinə görə, Balmerin 157,2 milyard dollarlıq xalis sərvətinin 90 faizindən çoxu “Microsoft” səhmlərindədir.
2014-cü ildə təqaüdə çıxan Balmer elə həmin il “Microsoft”un ən böyük səhmdarı olub. O, 2014-cü ildə NBA komandalarından biri olan “L.A.Clippers”i 2 milyard dollara satın alıb.
Məlumat üçün qeyd edək ki, “Microsoft”un səhmləri rekord qıraraq ilin əvvəlindən bu yana 21 faiz dəyər qazanıb. “Microsoft” “OpenAI” ilə şərikliyi sayəsində ABŞ Fond Birjasında süni intellekt rallisindən ən çox faydalanan şirkətlərdən birinə çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!