Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu məqaləmizdə Gürcüstan Milli Bankı haqqında məlumat hazırlamışıq.
Gürcüstanın Milli Bankı Gürcüstanın mərkəzi bankıdır. Gürcüstanın Milli Bankı 1919-cu ildə təsis edilib və 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqil bir qurum kimi fəaliyyətə başlayıb.
Bankın statusu Gürcüstan Konstitusiyası ilə müəyyən edilir.
Gürcüstan Konstitusiyasına görə, Milli Bank öz fəaliyyətində müstəqildir. Gürcüstanın qanunverici və icraedici orqanlarının üzvlərinin Bankın fəaliyyətinə müdaxilə etmək hüququ yoxdur.
Həmçinin oxu:
Gürcüstan Milli Bankı pul siyasətini Gürcüstan parlamenti tərəfindən müəyyən edilmiş pul və valyuta siyasətinin əsas istiqamətlərinə uyğun həyata keçirir. Tənzimləmə və pul alətləri vasitəsilə Gürcüstan Milli Bankı qanunla ona həvalə edilmiş əsas funksiya və vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün məsuliyyət daşıyır.
Milli Bankın missiyası ölkənin uzunmüddətli iqtisadi artımını təşviq etməkdir.
Milli Bank maliyyə sabitliyini və maliyyə sisteminin şəffaflığını təmin etmək, o cümlədən sektorun istehlakçılarının və investorlarının hüquqlarını qorumaq məqsədilə maliyyə sektoruna nəzarəti həyata keçirir.
Gürcüstan Milli Bankı əsas vəzifələrindən biri də qiymət sabitliyinin təmin edilməsidir.
Bank beynəlxalq standartlara və metodologiyalara uyğun olaraq maliyyə və xarici sektor statistikasının aparılmasına və yayılmasına, həmçinin ödəniş sistemlərinin səmərəli və düzgün işləməsinə cavabdehdir.
Bankın Gürcüstan ərazisində qanuni ödəniş vasitəsi kimi pul vahidləri buraxmaq hüququ, habelə numizmatik və tədavül məqsədləri üçün xatirə sikkələri zərb etmək hüququ var.
Gürcüstan Milli Bankı xarici hökumətlərə, xarici mərkəzi banklara və xarici valyuta orqanlarına, habelə beynəlxalq təşkilatlara bank xidmətləri göstərə bilər. Milli Bank beynəlxalq əməkdaşlıq vasitəsilə monetar sektorda iqtisadi sabitliyi təmin edən beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir.
Bankın baş ofisi aşağıdakı ünvanda yerləşir:
2 Zviad Gamsaxurdia adına prospekt, Tbilisi, Gürcüstan
Əlaqə:
Telefon : +995 322 406 406
Mail: [email protected]
Mərkəzi Bankın rəsmi saytı: https://nbg.gov.ge/
Qeyd edək ki, növbəti həftənin cümə günü ABŞ Mərkəzi Bankı haqqında məlumat təqdim edəcəyik.