Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyulun 1-nə 5 512,7 mln. ABŞ dolları təşkil edib.
Bu, iyunun 1-i ilə müqayisədə 41,3 mln. dollar və yaxud 0,75% çoxdur.
İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 178,1 mln. dollar və yaxud 3,34%, son 1 ildə isə 548,6 mln. dollar və yaxud 11,05% artıb.
Report.az