Zaman keçir, amma kreditlərin baha olması mövzusu öz aktuallığını itirmək bilmir. İndi elə bir şərait yaranıb ki, həm banklar narazıdır, həm müştərilər, həm də Mərkəzi Bank.
Amma kimin narazılığı əsaslıdır?
Mərkəzi Bank kommersiya banklarını dəfələrlə səsləyib ki, real iqtisadiyyata investisiya etsinlər, biznes kreditlərinin həcmini artırsınlar, öz məcmu kapitallarını artırsınlar, nəhayət ki, konsolidasiya etsinlər.
- Banklara verilən möhlətin başa çatma müddətinə çox az, 4 ay qalır.
- Bazardakı oyun qaydaları getdikcə daha sərtləşir və bu özünü aşağıdakı şəkildə göstərir.
İlin əvvəlində hətta aqressiv kreditləşmənin qarşısını almaq üçün “arayışsız kreditlərin” verilməsi dayandırıldı, həmçinin avtomobil kreditləşməsi nisbətən sərtləşdirildi. Amma nəticədə əvvəl kreditlə satılan avtomobillər sonra lizinqlə satılmağa başladı.
Deyəsən banklarımızın adaptasiya qabiliyyəti güclü oldu ki, bu məhdudiyyətlərə baxmayaraq, situasiyanın öhdəsindən gəldilər.
Lakin MB-in bu addımı bankları haradasa xəbərdar etmiş oldu ki, istehlak kreditləşməsi ilə bağlı “qadağaların növbəti dağlası” da gələ bilər. Bəzi bankları vaxtında öz strategiyalarına dəyişiklik etməyə macal tapıb.
Hələ ki, “istehlak kreditlər ilə bağlı qadağa” təsdiqlənməmiş qalır və şayiə kimi dolaşır. Amma müdrik atalarımızın bu məsəli yada düşür ki, “Od olmayan yerdən tüstü çıxmaz”.
- Əgər belə bir qadağa varsa, təbiidir ki, o bəzi banklara təsirsiz ötüşməyəcək. Düzdür, deyilənə görə banklara kredit verişilişini deyil, sadəcə onun reklam edilməsini qadağa ediblər. Bu bazarın həcminin azalması isə nəticələnə bilər.
- Digər tərəfdən isə banklar sadəcə reklam büdcələrini sıxa və öz xərclərini azalda bilər. Bu isə kreditlərin daha ucuz başa gəlməsi deməkdir və yekunda bu kreditlər üzrə də faizlər azala bilər.
- Başqa bir tərəfdən isə banklar hazırkı istehlak kreditlərinin reklamını biznes kreditləri isə əvəz edir. - kiçik və orta sahibkarlara verilən kreditlər və biznes kreditləri, banklar üçün riskli, biraz naməlum, təcrübələrinin çox olmadığı sahədir. Bundan ötrü banklar yeni işçilər cəlb etməli, öz işçilərini yetişdirməli nəhayət ki, regionlara genişlənməlidir.
Amma zamanın haqlı tələbidir və belə olması əslində ölkə iqtisadiyyatı üçün daha yaxşı gələcək vəd edir.
Çünki biznes kreditləri iqtisadiyyatın böyüməsinə təsir göstərir, yeni dəyər yaradır. İnsanların yaşayış tərzini yaxşılaşdırır. Bankların biznes kreditlərini genişləndirməsi və regionlara üz tutması, regionlarda yeni iş yerlərinin yaranması deməkdir, həm də xırda təsərrüfatların böyüməsi, ticarət artması. İstehlak kreditləri isə sadəcə insanın müvəqqəti tələbini qarşılayır və yeni bir dəyər yaratmır.
Təbii ki, banklar da öz bizneslərlni, strategiyalarını birdən birə dəyişə bilməz. Müəyyən itkilər hesabına və zamanla onlar buna nail olacaqlar, yəni bu biznesdə qalmaq üçün yeganə yol oyun qaydalarına uyğunlaşmaqdır.
Ümumiyyətlə belə bir qadağa bir sıra banklara və eyni zamanda reklam şirkətlərinə mənfi təsir edə bilər. Lakin Mərkəzi Bank bir requlyator kimi öhdəsinə düşən bu işi yerinə yetirməli və bankları daha çox biznes kreditləri verməyə təşviq etməlidir.
Faizlər aşağı düşdükdə və kreditlər daha sərfəli şərtlərlə verildikdə bu üçbucağın digər tərəfi olan müştərilər də razı qalacaqlar.
Könül Soltanova, [email protected]